”Qərbi Azərbaycana qayıdış Silahlı Qüvvələrin məsələsi deyil” - Zahid Oruc

”Qərbi Azərbaycana qayıdış Silahlı Qüvvələrin məsələsi deyil” - Zahid Oruc

”Qərbi Azərbaycana qayıdış Silahlı Qüvvələrin məsələsi deyil”.

 

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlara maddi-mədəni irsimiz” kitabının təqdimatı ilə bağlı konfransda deyib:


"Qələbəmizin 3-cü ildönümünü dünya azərbaycanlıları və ədalət istəyən milyonlarla tərəfdarlarımızla birlikdə təntənə ilə qeyd edirik. Prezident İlham Əliyev 2020-ci il 20 noyabrında xalqa müraciətində deyir, sitat:

 

“Biz tarix yazırıq, yeni tarix! Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir!”. Göründüyü kimi, ölkə başçısı yeni siyasi təqvimin-Azərbaycanın Möhtəşəm 100 ilinin başlandığını bəyan edir. Ona görə də qəhrəman şəhidlərimizə, 70 mindən artıq orden-medal daşıyan ordumuza ehtiramla, 8 noyabr parlaq Zəfəri, Qələbə rəmzinə çevrilən Dövlət Bayrağı və bütövləşən Konstitusiyanın yeni ildönümü məğlubiyyət tarixinin bitdiyini göstərir, noyabrı Zəfər ayı kimi müqəddəsləşdirir. Gəlin unutmayaq ki, 1991-ci ildə Azərbaycan siyasi müstəqilliyini elan edərkən Dağlıq Qarabağ ərazisinin üçdə biri işğal altında idi, ona görə də 15 oktyabr Qələbəmizin Xankəndi zirvəsi yeni dövlət müstəqilliyi, istiqlal, bütövlük günüdür və qanunla rəsmiləşməyə, əbədiləşməyə layiqdir. 


Bu coşqu və şərəf günlərində bir daha vurğulayaq ki, 8 noyabrda Şuşa Zəfərini xalqa müjdə edən və 15 oktyabrda Xankəndidən dünyaya səslənən Prezidentin nitqi dövlət başçısının minlərlə çıxış və açıqlamaları sırasında hər zaman müstəsna, parlaq yer tutacaq".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR