ABŞ İsrailə böyük yardım ayırıb – MƏBLƏĞ
13:55 / 03.11.2023
5071
ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların İsrailə 14,3 milyard dollarlıq yardım paketi üçün tələb etdiyi qanun layihəsini təsdiqləyib.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermədə layihə lehinə 226 səs, əleyhinə 196 səs verilib.
Yardım paketində göstərilib ki, İsrailin “Dəmir günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemləri üçün 4 milyard dollar, “Dəmir kiriş” hava hücumundan müdafiə sistemi üçün isə 1,2 milyard dollar ayrılacaq.
Qanun layihəsini qüvvəyə minməsi üçün həm Senat, həm də ABŞ Prezidenti Co Bayden təsdiqləməlidir.
Vasif