Logo

“Sülhlə bağlı təklif mübadiləsinin 6-cı raundundayıq” - Mirzoyan

“Sülhlə bağlı təklif mübadiləsinin 6-cı raundundayıq” - Mirzoyan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Sülhlə bağlı təklif mübadiləsinin 6-cı raundundayıq”.

Sfera.az bildirir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib. O, qeyd edib ki, Qarabağda baş verən hadisələr bütövlükdə regional mühitin təhlükəsizliyi üçün yeni risklər və çağırışlar yaradıb.

“Buna baxmayaraq, sülh gündəliyinin həyata keçirilməsi istiqamətindəki kursumuz davam edir. Bu sazişin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir. Müqavilənin digər prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların bloklanmasına aiddir”, deyə nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin hazırlanması çərçivəsində İrəvan və Bakının üç əsas prinsip üzrə razılığa gəldiyini söyləmişdi.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR