Logo

Mirzoyan Rusiya ilə pozulan münasibətlərdən DANIŞDI: "Bir tərəfdən asılı deyil..."

Mirzoyan Rusiya ilə pozulan münasibətlərdən DANIŞDI: "Bir tərəfdən asılı deyil..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan son zamanlar Rusiya ilə gərginləşən münasibətlərdən danışıb.

Sfera.az bildirir ki, o, Rusiya Federasiyası ilə münasibətlərdə müəyyən problemlərin olduğunu etiraf edib. Mirzoyan qeyd edib ki, İrəvan Moskva ilə problemlərini konstruktiv şəraitdə həll etmək əzmindədir:

“Böyük ehtimalla Rusiyanın da münasibəti eynidir. Problemləri konstruktiv mühitdə həll etmək, dostluq və əməkdaşlıq ruhunda irəliləməkdən başqa mövqeyimiz yoxdur”.

Nazirin sözlərinə görə, bu proses təkcə bir tərəfdən asılı deyil: “Buna baxmayaraq, Ermənistan Rusiya ilə münasibətlərini inkişaf etdirməyə davam edəcək”.

Xatırladaq ki, bir gün əvvəl Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermakın görüşünü anti-Rusiya addımı adlandırıb.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR