“Gürcüstan üçün “3+3” formatı qəbuledilməzdir” - Nikoloz Samxaradze

“Gürcüstan üçün “3+3” formatı qəbuledilməzdir” - Nikoloz Samxaradze

“Gürcüstan regionda lider rolunu öz üzərinə götürmək istəyir”.

 

Sfera.az bildirir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib. O, qeyd edib ki, Tiflisin İrəvanla Bakı arasında münasibətləri normallaşdırmaq səylərini də məhz bu şərtləndirir.

 

“Gürcüstan üçün “3+3” formatı qəbuledilməzdir, bizim mövqeyimiz çox qətidir. Rusiya ərazi bütövlüyümüzü tanımayana qədər biz bu formatda iştirak etməyəcəyik. Amma bu o demək deyil ki, Tiflis Cənubi Qafqazdakı proseslərdən kənarda qalacaq. Biz Türkiyə ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üzərində işləməkdə davam edirik və üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan formatını formalaşdırmağa çalışırıq”, - deyə Samxaradze bildirib.

 

O, əlavə edib ki, Tiflis daha böyük sülh haqqında sazişin imzalanacağı yerə çevrilməyə çalışır.

 

Xatırladaq ki, oktyabrın 23-də Tehranda keçirilən görüşdən sonra Ermənistan, Rusiya, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri 9 bənddən ibarət bəyanat qəbul ediblər. Onlardan birində mübahisələrin sülh yolu ilə həllinin, siyasi müstəqilliyin, ərazi bütövlüyünün təmin edilməsinin vacibliyi,  beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, insan hüquqlarına hörmət vurğulanıb. Öz növbəsində, Gürcüstan da Qarabağda 44 günlük müharibədən bəri dəfələrlə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün platforma təklif edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...

Samir Əzimzadəyüksək vəzifəyə TƏYİN OLUNDU

Hərbi Prokurorluqda yeni təyinat olub.   Sfera.az xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prok...

Prezident 2 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barəd...