Ombudsman Ermənistanın əsir götürdüyü hərbçilərimiz barədə: "Tez bir zamanda..."

Ombudsman Ermənistanın əsir götürdüyü hərbçilərimiz barədə: "Tez bir zamanda..."
Kateqoriya məlum deyil
T

“Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb”.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) jurnalistlərə açıqlamasında bildirib.

 

“Gözləyirik ki, tez bir zamanda xəbər alaq”, - Ombudsman qeyd edib.


Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb, saxta ittihamlarla qanunsuz olaraq həbs olunublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR