"Ölkəmizə qarşı informasiya və diplomatik yöndə nifrət savaşı aparanlar..." - Zahid Oruc

"Milli kimliyimizi inkar edənlər, Azərbaycanın “koka-koladan cavan dövlət” olduğu təbliğatını aparanlar öz nifrətlərinə məğlub oldular".


Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə təşkil etdiyi "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" (Report on Hate Crimes and Hate Speech Against Azerbaijanis) hesabatının təqdimatı tədbirində deyib: 

 

"Beləliklə, əsatirlərdən gerçək həyata, folklordan siyasətə və dərsliklərə qədər Azərbaycanın qorxunc obrazının tarixi, sosial-psixoloji köklərini asanlıqla yox etmək çətindir. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi.  Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnilogiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara  qoyan  vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti  gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı.


Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “exzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar. Üstəlik, nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik  yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...