"Azərbaycanın qazandığı qurtuluşun əbədi və dönməz olacağına dərindən inanırıq!" - Zahid Oruc

"8 noyabr Zəfəri ilə başlanan, 15 oktyabrla bütövləşən Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsinin 3-cü ildönümü, ərazi bütövlüyünə qovuşan millətimizin qürur günlərində görüşürük".


Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Sosial Təqiqatlar Mərkəzinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə təşkil etdiyi "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" (Report on Hate Crimes and Hate Speech Against Azerbaijanis) hesabatının təqdimatı tədbirində deyib: 

 

"200 ildən artıq davam edən düşmənçiliyin Xankəndidə ucaldılan üçrəngli bayrağımızla başa çatdığını deyənlər, haqlı olaraq, məğlub qüvvələrin sırasını yalnız silahlı qüvvələr, dövlət və siyasət adamları ilə deyil, daha çox mifologiyalar və proqramlar, onu canlı tutan mədəniyyətlər, ədəbiyyat və təhsil sistemlərinin də iflasa uğradığını göstərməklə Zəfərimizin daha ali və müqəddəs mahiyyətini nümayiş etdirirlər. Bizə yeni milli kimlik qazandıran, Azərbaycanı Zəfər ölkəsinə çevirən son 3 ilin Səlnaməsi təkcə torpaqlarımızın azadlığı və suverenliyi deyil, eləcə də xeyirxahlığın bədxahlıq, varlığın inkar, quruculuğun dağıdıcılıq, nizamın xaos, ünsiyyətin nifrət və nəhayət, barışın düşmənçilik üzərində qələbəsidir. Dünən bir əsrlik yaşını “Yer-Göy Cümhuriyyət” şüarı ilə qeyd edən Türkiyə Respublikasının qurucu atalarını ehtiramla anarkən, Ulu öndər Heydər Əliyevin 100 illiyində Azərbaycanın qazandığı Qurtuluşun da əbədi və dönməz olacağına dərindən inanırıq!".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...