Avropa İttifaqı liderləri Yaxın Şərq üzrə razılığa gəldilər
Avropa İttifaqı (Aİ) liderləri Yaxın Şərq üzrə razılığa gəliblər.
Sfera.az “The Guardian”a istinadən xəbər verir ki, saatlarla davam edən müzakirələrdən sonra ortaq mətnlə bağlı kompromis əldə olunub.
Mətndə Aİ-nin 27 üzvünün dövlət və hökumət başçıları bəyan ediblər ki, Aİ bütün mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq hər zaman müdafiəsinin təmin edilməsinin vacibliyini bir daha bəyan edir.
Liderlər Qəzzada humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını, buna görə də humanitar dəhlizlərin yaradılması, həmçinin humanitar yardımlar üçün əməliyyatlarda fasilələr verilməsi ilə bağlı çağırış ediblər. Bəyanatda İspaniya istisna olmaqla digər üzv ölkələrin tezliklə beynəlxalq sülh konfransının keçirilməsini dəstəklədikləri vurğulanıb.
Avropa Komissiyanın prezidenti Ursula fon der Leyen liderlərin müzakirəsindən sonra jurnalistlərə bildirib ki, Qəzzaya daha çox yardım lazımdır. O söyləyib ki, iki humanitar yardım Misir vasitəsilə Qəzzaya çatdırılıb.
Xanım sədr növbəti iki yardımın bu gün çatdırılacağını söyləyib. Von der Leyen liderlərin həmçinin münaqişənin genişlənmə riskinin müzakirə etdiklərini də deyib.
Vasif