“Yaxın bir neçə ay ərzində...” – Paşinyan sülh sazişindən danışdı
15:08 / 26.10.2023
5655
İrəvan və Bakı yaxın bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilər.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sazişin bağlanması üçün mümkün şərtlər haqqında danışıb.
“Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq kommunikasiyaların, yüklərin, insanların və nəqliyyatın təhlükəsizliyini təmin etmək olacaq”.
Baş nazir deyib ki, Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması, habelə sərhədlərin delimitasiyası əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazırdır.
Əzizə