Paşinyan MDB-nin Bişkek toplantısına getməkdən İMTİNA ETDİ

Paşinyan MDB-nin Bişkek toplantısına getməkdən İMTİNA ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB-nin Bişkekdə keçirilən hökumətlərarası şurasının iclasına getməkdən imtina edib.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, tədbirlərdə ölkəni Nikolun müavini Mher Qriqoryan təmsil edəcək.

 

“Ermənistan MDB və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında bu ölkəni baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək", -deyə məlumatda bildirilib.

 

Bundan əvvəl Paşinyanın oktyabrın 26-da Gürcüstana birgünlük işgüzar səfərə yola düşdüyü qeyd olunub. Məlumata görə, Nikol  orada “İpək Yolu - Tbilisi” beynəlxalq konfransında iştirak edəcək.

 

Xatırladaq ki, Ermənistanın baş naziri oktyabrın 13-də Bişkekdə keçirilən MDB sammitinə də getməmişdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR