ABŞ qlobal savaşın astanasındadır: Üç qitədə eyni zamanda müharibə başlaya bilər

ABŞ qlobal savaşın astanasındadır: Üç qitədə eyni zamanda müharibə başlaya bilər

“ABŞ Yaxın Şərq və Asiya ilə qlobal müharibənin astanasındadır. Vaşinqton İran və Çinlə birbaşa münaqişədən qaçmaq istəyirsə, möhkəm dayanmalıdır”.


Sfera.az xəbər verir ki, bunu “Civitas”ın müdafiə və təhlükəsizlik direktoru, hərbi ekspert Robert Klark bildirib.

 

Klark İraq və Əfqanıstan da daxil olmaqla on beş il Britaniya Ordusunda xidmət edib.


Britaniyalı hərbi ekspert bildirib ki, İsrail və HƏMAS arasında müharibənin şiddətlənmə ehtimalı yüksəkdir. Onun sözlərinə görə İsrail ordusu tezliklə Qəzza zolağında qurudan əməliyyata başlayacaq:

“İsrail qüvvələri sərhəd boyu güc toplayır və müdafiə naziri Yoav Qallant bəyan edib ki, sərhəddə gözləyən əsgərlər tezliklə Qəzzaya daxil olacaq. Bu əmr tezliklə gələcək”. 


Klark hesab edir ki, Qəzzaya daxil olmaq əmri gələndən sonra bu, geniş münaqişənin başlanğıcı olacaq və ABŞ öz yaxın müttəfiqini dəstəkləmək üçün əməliyyatlara hazır vəziyyətə gələcək:

 

“Aralıq dənizində ABŞ-nin aviadaşıyıcı hücum qrupu digər regional aktyorların İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə etmək cəhdlərindən çəkindirmək üçün orada müşahidə aparacaq. İkinci qrup isə raketdən müdafiə sistemləri ilə birlikdə Fars körfəzində olacaq. 


Artıq İsrailin şimal sərhədində İran tərəfindən maliyyələşdirilən Hizbullah terror qruplaşması ilə atışma intensivləşir. İsrailin Baş naziri Benyamin Netanyahu birbaşa münaqişənin Livan və Hizbullaha ağılasığmaz dağıntılar gətirəcəyi barədə xəbərdarlıq edib”. 


Hərbi ekspert Yaxın Şərqdə artan gərginliklə əslində dünyanın yeni böyük müharibəyə hazırlaşdığını söyləyib:

 

“Artıq Avropada münaqişə tüğyan edir, Rusiya və Ukrayna qüvvələri böyük cəbhədə vuruşur. HƏMAS və Hizbullah İranın dəstəyi ilə İsrailə hücum edir. Əgər münaqişə genişlənərsə və İran terror təşkilatlarına açıq dəstək verərsə, üçüncü dünya müharibəsindən qaçmaq mümkün olmayacaq. 


İranın xarici işlər naziri İsrailə xəbərdarlıq edib ki, müharibə dərhal dayandırılmasa, hər an, hər şey mümkündür və region nəzarətdən çıxacaq. 


ABŞ-nin müdafiə naziri Lloyd Austin Amerika qüvvələrinə və mülki şəxslərə hücumların əhəmiyyətli dərəcədə artması ilə bağlı çox real risk barədə xəbərdarlıq edib. 
ABŞ-nin və müttəfiqlərinin narahat olması üçün səbəbləri var. Çünki İran düşmənçiliyini sözlə məhdudlaşdırmır. İran İraqdakı Əl-Əsəd və Suriyadakı Əl-Tanf hava bazalarında pilotsuz təyyarələr və raketlər göndərir. Həmin vasitələrdən İranın Amerika qüvvələrinə hücumda istifadə etməsi ehtimalı yüksəkdir. 


Artıq ABŞ hərbi gəmisi Yəməndə İranın dəstəklədiyi Husi terrorçuları tərəfindən buraxılan üç qanadlı raketi vurub. Şimala istiqamətlənən bu raketlər potensial olaraq İsraili hədəf alırdı”. 


Britaniyalı mütəxəsis əmindir ki, İsrailin İrana cavabı birbaşa müharibəyə səbəb olacaq və nəticədə ABŞ də müharibəyə qoşulacaq. O, bu gərgin vəziyyəti Çinin fürsətə çevirə biləcəyini də düşünür: “Vəziyyət dözülməz dərəcədə gərgindir. Bu vəziyyətdə Çin Tayvanı güc yolu ilə özünə birləşdirmək istəyə bilər. Buna görə də ABŞ Çinin yaratdığı təhlükəni dəf etmək üçün öz ordusunu yenidən hazırlamaqla məşğuldur. 


İndi Amerikanın diqqəti bölünmüş haldadır. İran regional üstünlüyünü təsdiq etmək üçün ABŞ-ni müharibəyə cəlb etməklə İsrailə dəstəyini azaltmağa çalışacaq. Bu vəziyyətdə Çin də Tayvana müdaxilə edərək burada hakimiyyətini təmin etmək istəyəcək. 


Bu ssenarilər onu göstərir ki, bir neçə ay ərzində ABŞ iki qitədə, iki dağıdıcı müharibədə birbaşa iştirak etməli olacaq, əlavə olaraq isə Ukrayna müharibəsini maliyyələşdirəcək. Belə bir kabus qaçılmaz deyil. 


İndiyədək Vaşinqton və onun müttəfiqləri İsrail və Kiyevi dəstəkləməkdən çəkinməyiblər. Qarşıdakı həftələrdə də tərəddüd etməməlidirlər. Despotik rejimlər yalnız gücə hörmət edirlər və İranı geri çəkilməyə məcbur edəcək yeganə amil güc və qətiyyətdir. Köhnə deyimlə deyildiyi kimi, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...