“Avropa İttifaqının bəyanatı əsassızdır və tamamilə böhtan üzərində qurulub”

“Avropa İttifaqının bəyanatı əsassızdır və tamamilə böhtan üzərində qurulub”
Kateqoriya məlum deyil
T

Arzu Nağıyev: “Bu kimi yalanlarla Azərbaycanı dayandırmaq, onun  haqq işinə kölgə salmaq mümkün deyil”

 

“Avropa İttifaqının bəyanatı əsassızdır və tamamilə böhtan üzərində qurulub”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.  Millət vəkili qeyd edib ki, bəyanatda yer alan ittihamlarla Azəbaycana yaxından və ya uzaqdan hər hansı əlaqəsi yoxdur:

 

“Məlum bəyanatda ölkəmizin ünvanına bir sıra ittihamlar səsləndirilib ki, onların  heç biri konkret fakta söykənmir. Həmin ittihamlarla Azərbaycanın reallıqda heç bir əlaqəsi yoxdur. Çünki Azərbaycan nə Vətən müharibəsindən öncə, nə müharibə vaxtı, nə də post-müharibə dönəmində heç bir mülki erməniyə qarşı hər hansı zorakılıq, anti-insani davranış sərgiləməyib. Bununla bağlı nə Ermənistanın, nə də Avropa İttifaqının əlində bir dənə də olsun fakt yoxdur. Lakin buna baxmayaraq, Avropa İttifaqı Azərbaycanı mülki ermənilərin hüquqlarını pozmaqda ittiham edir ki, bu da yumşaq desək vicdansızlıqdır. Məqsəd Azərbaycana təzyiq göstərmək, onun imicinə kölgə salmaq, erməni yalanlarının ayaq açıb yeriməsi üçün münbit  zəmin formalaşdırmaqdır. Lakin hamı bilməlidir ki, bu kimi yalanlarla Azərbaycanı dayandırmaq, onun haqq işinə kölgə salmaq mümkün deyil. Azərbaycan bundan sonra da öz hüquqları və milli maraqları uğrunda əzmlə mübarizə aparacaq, bu mübarizədə kimsəyə, eləcə də erməni havadarlarına hər hansı güzəştə getməyəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR