Putindən idxalçı ölkələri də əlaqələndirən MÜHÜM TAXIL AÇIQLAMASI
Rusiya Prezidenti Vladimir Putin Çində Pakistanın müvəqqəti Baş naziri Ənvər ül Haq Kakar ilə görüşündə taxıl istehsalı ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, Putin 2023-cü ildə də taxıl istehsalının çox olacağını deyib.
Prezidentin açıqladığı məlumata əsasən, Rusiya 137-138 milyon ton taxıl istehsal etməyi proqnozlaşdırır:
"Keçən il 158 milyon ton taxıl məhsulu əldə etdik. Bu il də çox yaxşı olacaq. Bunun 137-138 milyon ton səviyyəsində olacağı artıq bəllidir".
Qeyd edək ki, Rusiya dünyada ən çox taxıl məhsulları ixrac edən ölkədir. Amma sanksiyalardan sonra ixracda çətinliklər yaranıb. Buna baxmayaraq, hələ də bəzi ölkələr, o cümlədən Azərbaycan taxıla olan tələbatının çatışmayan hissəsini Rusiya məhsulunun hesabına ödəyir. Bu baxımdan Rusiyada taxıl istehsalının çox olması idxalçı ölkələr üçün əlverişlidir. Belə ki, məhsul çox olanda qiymətlərin daha çox artması ehtimalı yaranmır.
Vasif