Paşinyanın sülh BLEFİ: “Ermənistan yeni oyuna hazırlaşır”

Paşinyanın sülh BLEFİ: “Ermənistan yeni oyuna hazırlaşır”

Paşinyan Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib. Ötən gün Strasburqda Avropa Parlamenti qarşısında çıxış edən Ermənistan Baş naziri Cənubi Qafqazda sülhün, iqtisadi, siyasi və mədəni əlaqələrin vacib olduğunu qeyd edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan son çıxışı ilə anti-Azərbaycan qərarlar qəbul edən Avropa parlamentində özünü sülhpərvər kimi göstərməyə çalışıb:

 

“Müharibədən sonra Ermənistan Azərbaycanın bütün sülh təkliflərinə qeyri-konustiriktiv cavab təkilfləri verərək faktiki sülhdən yayınıb. Azərbaycan xüsusilə Qazaxın 7 kəndi ilə bağlı mövqeyini ortaya qoyur. Paşinyan buna cavab olaraq deyir ki, Azərbaycan da Ermənistanın Tavuşda kəndlərini işğal edib. Ermənistan Baş naziri faktiki sülh müqaviləsinə öz absurd gündəliklərini gətirməklə, sülh istiqamətində bütün irəliləyişlərin üstündən xətt çəkir. Digər tərəfdən, Nikol Avropa parlamentində sülhdən danışdığı zaman İrəvanda onun təlimatı ilə Samvel Babayan “Artsax” oyununa başlayıb. O, Xankəndidə Şahmaryanın “Artsax Resublikası”nı buraxmaq fərmanının ləğvinə çalışır. Halbuki, bunun heç bir hüququ proseduru yoxdur”.

 

Ekspert bildirib ki, Samvel Babayan və Xankəndindən gedən bir qrup separatçı Konustitusiya məhkəməsinə müraciət edəcəklərini vurğulayıb:

 

“Qondarma qurum özünü rəsmən buraxıbsa, hansı məhkəmədən söhbət gedə bilər? Samvel Babayan “Artsax mühacir hökuməti” yaratmaq planını reallaşdırmaq üçün fürsət axtarır. Bunu edə bilmədiyindən Şahmaryanı günahlandırır. Nəticə olaraq, Fransanın təhriki ilə Ermənistan yeni bir oyuna hazırlaşır. Ümumiyyətlə, Paşinyanın Fransaya səfəri və burada görüşləri onun sülh müqaviləsi ilə bağlı mövqeyinə kölgə salır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR