İş yerində 2 nəfərin öldüyü hadisəyə görə cinayət işi başlandı

İş yerində 2 nəfərin öldüyü hadisəyə görə cinayət işi başlandı
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Sabunçu rayonunda yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb.

 

Baş prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Fəqan Şirinov və Nahid Həsənovun almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı cinayət işi açılıb.

 

Hazırda Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR