Ramil Əliyev vəzifəsindən azad edildi - Yeni TƏYİNAT

Ramil Əliyev vəzifəsindən azad edildi - Yeni TƏYİNAT

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev vəzifəsindən azad edilib.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub.

 

O, bundan əvvəl "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib.

 

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-cı ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR

Yeni Günəşlidə odlu silah aşkarlandı

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə pol...

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli məqamlar açıqlandı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.   Bu barə...

Arvadını bıçaqlayan şəxsə 11 il həbs cəzası verildi

Arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Bayramovun məhkəmə prosesi yekunlaşıb.   Sfera.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində h...

Təcili yardım maşınının vurub öldürdüyü oğlan tələbə imiş

Təcili yardım maşınının vurub öldürdüyü oğlan tələbə imiş.   Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Borsunlu...

Ukrayna XİN rəhbəri ilə ABŞ dövlət katibi ilə danışdı

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə Ukr...

Azyaşlıya qarşı quldurluq edən şəxsə hökm oxundu

Bakının Savalan yasayış massivində evində azyaşlı H.İ-yə qarşı quldurluq edən şəxsə hökm oxunub.    Sfera.az bildirir ki, "Bakı Ağır Cinayə...