İlham Əliyev Xankəndidə bu sirri açdı: regionu gözləyən təhlükə! 

İlham Əliyev Xankəndidə bu sirri açdı: regionu gözləyən təhlükə! 

Ötən gün Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bununla da tarixi ədalət bərpa edildi. Xankəndi və ətraf ərazilər də Azərbaycan yurisdiksiyasına daxil edildi, ərazi bütövlüyümüz tam bərpa edildi.

 

Ölkə başçısının Xankəndiyə səfərində bir nüans xüsusilə diqqət çəkdi. Söhbət Prezidentin seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman “böyük Ermənistan xəritəsi”nə rast gəlməsindən gedir.

 

Prezidentin bu xəritəyə reaksiyası da özünəxas oldu. “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”, Prezident deyib.

 

Həmin xəritəyə diqqətlə baxdıqda Azərbaycanın Xəzər dənizinədək uzanan Qərb və cənub əraziləri, Gürcüstanın bütövlükdə cənub əraziləri, Türkiyənin Şərq əraziləri, İraqın Kürd Muxtariyyətinə məxsus şimal əraziləri, Suriyanın şimal-şərq əraziləri və İranın şimal-qərb ərazilərinin əks edildiyini görmək olar.

 

Bu xəritə bir daha onu göstərir ki, Ermənistanın işğal planı təkcə Azərbaycan topaqları ilə yekunlaşmırdı. İran, İraq, Türkiyə, Suriya, Gürcüstan torpaqları da rəsmi İrəvanın işğal etmək və ya separatçı fəaliyyətlə ələ keçirməyi hədəflədiyi ərazilərdir.

 

Ümumiyyətlə, Ermənistan dünyada yeganə dövlətdir ki, öz konstitusiyasına qonşu dövlətə qarşı torpaq iddiası irəli sürən maddə daxil edib. Ermənistan Konstitusiyası İstiqlaliyyət Bəyannaməsində yer alan ümummilli dəyərlərin əsas hədəf götürüldüyünü iddia edir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul edilən İstiqlaliyyət Bəyannaməsində isə bildirilir ki, Türkiyə Respublikasının 6 şərq əyaləti – Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas “Qərbi Ermənistan” ərazisidir.

 

İstiqlaliyyət Bəyannaməsində həm də bildirilir ki, Ermənistan SSR Ali Soveti və “Artsax Milli Şurasının” birgə qəbul etdiyi “Ermənistan SSR və Dağlıq Qarabağ Vilayətinin birləşməsi” haqqında ortaq qərar əsas götürülür. Bu fakt belə özlüyündə Prezidentin rast gəldiyi “böyük Ermənistan xəritəsi”nin bəsit bir xəritə olmadığını göstərir.

 

Ermənistan bu ərazilərin hamısını olmasa da, bir qismini ələ keçirə bilərdi. Misal üçün, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsi buna ən gözəl nümunədir. Bu ərazinin əhalisinin 53 faizi ermənilərdən ibarətdir. Burada yaşayan ermənilər Qarabağda olduğu kimi separatçı ruhdadır və 90-cı illərdə, habelə 2008-ci ildə separatizmə cəhd ediblər. Nəzərə alsaq ki, Gürcüstanda Abxaziya və Cənubi Osetiya kimi aktiv münaqişələr var, Samtsxe-Cavaxetiya bölgəsinin də bənzər formada separatçılığa qalxması mümkünsüz deyil.

 

Lakin ümumi mənada Ermənistanın xəritədə göstərilən əraziləri ələ keçirməsinə Azərbaycan imkan vermədi. Ermənistan 90-ci illərdə işğal prosesini tamamlaya bilsəydi, böyük ehtimalla növbəti hədəf kimi Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini ələ keçirib güclənə, daha sonra da digər ərazilərlə bağlı fəaliyyətə keçə bilərdi.

 

Lakin Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi, siyasi və hərbi sahədə mərkəzçi siyasi xətt tutması Ermənistanın işğal siyasətini dayandırdı. H.Əliyevdən sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyəti və ən nəhayətində torpaqlarımızın işğaldan azad edilməsi bu planı iflasa uğratdı.

 

Prezidentin Xankəndidə “Bunların xəstəliyi bax, budur – dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur” deməsi erməni planlarının tam iflasa uğradığını göstərdiyi kimi, həmin xəritədə ərazisi “böyük Ermənistanın” bir parçası kimi göstərilən ölkələr üçün də dərs olmalıdır. Xüsusilə də Ermənistanı hər vəchlə müdafiə edən İran görməlidir ki, Ermənistanın işğal planına onun əraziləri də daxildir. Bu planı isə məhz Azərbaycan iflasa uğratdı.

 

Müəllif: Politoloq Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı

Dekabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  ...

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası OLDU

"Qarabağ" 99 qolla 2024-cü ilin ən yaxşı komandası olub.   Sfera.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36...