Qarabağ erməniləri bu jurnalisti MƏHKƏMƏYƏ VERİR
Siyasət
12:07 / 16.10.2023
3090
Qarabağın təxliyə edilmiş erməni əhalisi jurnalist Tatul Hakobyanı məhkəməyə verməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, buna səbəb jurnalistin bu yaxınlarda Şuşada otellərdən birinin direktoru olmuş Sarqis Qalstyanın Azərbaycanın Qarabağdakı nümayəndəsi təyin edilməsi ilə bağlı xəbərə müəlliflik etməsidir.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev milliyyətcə azərbaycanlı olan polis general-mayoru Sərdar Səfərovu Xankəndiyə komendant təyin edib. Bu isə az öncə dezinformasiya yayan Tatul Akopyana qarşı etirazlara səbəb olub. Onunla bağlı məhkəməyə müraciət ediləcəyi bildirilir.
Əzizə