"HƏMAS bəyanat yaydı ki, Azərbaycan..." - Melkonyan

"HƏMAS bəyanat yaydı ki, Azərbaycan..." - Melkonyan
Kateqoriya məlum deyil
T

"HƏMAS da, İsrail də Azərbaycanı dəstəkləyir".

 

Sfera.az-a istinadən bildirir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

 

"Jurnalistlər tez-tez məndən soruşurlar ki, Ermənistan Fələstin-İsrail münaqişəsində kimə dəstək verməlidir? Cavabım sadədir: heç kimi.

 

İsrail Azərbaycana əsas silah tədarükçüsüdür, Azərbaycanın xüsusi təyinatlılarının hazırlanmasında iştirak edib və sair. Əlaqələr strateji səviyyədədir.

 

HƏMAS 2020-ci il noyabrın 10-da belə bir açıqlama vermişdi: "Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir".

 

Türkiyənin HƏMAS-a təsirini nəzərə alsaq, ona da rəğbət bəsləməyə dəyməz. Bəli, HƏMAS bütün Fələstin deyil, amma heç kim Ermənistanla həmrəylik ifadə etməyib", - ekspert bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR