Ersin Tatar Prezident İlham Əliyevi təbrik etdi
Kateqoriya məlum deyil
T
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Sfera.az xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çatdırıb.
E.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.






