Sülhməramlılar Qarabağda nə vaxta qədər qalacaq? - Putindən açıqlama

Sülhməramlılar Qarabağda nə vaxta qədər qalacaq? - Putindən açıqlama
Kateqoriya məlum deyil
T

Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar.

 

Sfera.az xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında danışıb.

 

“Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik”, - Putin bildirib. (Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR