Ərdoğan: “İsrailin Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndirilib”
“İsrailin Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndirilib”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Afrika 4-cü İş və İqtisadiyyat Forumu”nun bağlanış mərasimində İsrail - HƏMAS münasibətlərinin hazırkı durumuna münasibət bildirərkən deyib.
O bildirib ki, belə dönəmlərdə hər şey ola bilər.
“Biz ölkəmizdəki diplomatik korpusların təhlükəsizliyinin bizim səlahiyyətimizə daxil olduğunu bilirik. Bunun üçün həmişə bu təhlükəsizliyə təminat veririk”, - deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.






