SSRİ-nin hansı xəritəsi əsas götürülməlidir? – Azərbaycanın Ermənistana verilmiş əraziləri

SSRİ-nin hansı xəritəsi əsas götürülməlidir? – Azərbaycanın Ermənistana verilmiş əraziləri

“Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də Ermənistan tərəfi SSRİ xəritələrinə istinad etmək istəyir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, son variant kimi rəsmi İrəvan Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək fikrindədir:

 

“Hazırda Ermənistan iki il əvvəl tərəfində olmadığı 1970-ci illərin xəritələrinə də istinad etməyə etiraz etmir. Lakin burada da boşluq var. 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib. Bu dəyişikliklər SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb. 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə 1984-86-cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi”.

 

Ekspert bildirib ki, XX əsrin 80-cı illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-nin o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib:

 

“SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev ərazilərimizin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi. Qeyd edim ki, 1920-ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən 9 min kvadrat kilometr əraziyə malik idi. Buna görə də hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Əməkdar artisti vəfat etdi - FOTO

Naxçıvanın Əməkdar artisti vəfat edib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat ed...

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur.   Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı gün...

Regionların sosial-iqtisadi inkişafında İsmayıllı modeli - Müasirləşən qədim yurd

Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biri olan İsmayıllı rayonu, paytaxt Bakıdan təxminən 185–200 km məsafədə yerləşir. Rayonun tərkibinə 1 ...

Tramp-Mask gərginliyi fonunda “Tesla” səhmləri ucuzlaşdı

İyunun 5-də Amerikanın “Tesla” şirkətinin səhmləri onun icraçı direktoru, milyarder İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında gərginlik səbə...

DİN gücləndirilmiş iş rejiminə keçdi

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara növbəti müraciət ünvanlayıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat X...

TƏBİB-dən döyüldükdən sonra ölən Qəmbərlə bağlı AÇIQLAMA

İyunun 3-də saat 12:40 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs arterial hipertenziya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tib...