Putinlə Əliyevin təkbətək görüşündə hansı mövzular müzakirə ediləcək? - Açıqlama

Putinlə Əliyevin təkbətək görüşündə hansı mövzular müzakirə ediləcək? - Açıqlama

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda baş tutam MDB sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirməyi planlaşdırır.

 

Bu barədə  V.Putin özü məlumat verib.

 

Maraqlıdır, sammit çərçivəsindəki ikitərəfli görüşdə hansı məsələlər müzakirə olunacaq?

 

Mövcud suallarla bağlı bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov danışıqlar zamanı tərəflər arasında regional və regiondankənar mövzuların aktual olacağını deyib:

 

"Putinin sammitdə iştirakı ona həm də tədbirdə olan MDB ölkələrinin başçıları ilə görüşlərin keçirilməsi imkanı qazandırır. Prezident İlham Əliyevlə Vladimir Putinin son görüşündən çox zaman keçib. Bu müddət ərzində müzakirəsi  yığılıb qalan bir çox məsələlər var. Əsas məsələ Azərbaycanın antiterror əməliyyatlarından sonra regionda yeni situasiyanın yaranması ilə bağlı Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşmasıdır. Bu da təbii ki, Rusiyanın heç bir halda qəbul etməyəcəyi məsələlərdən biridir. Görüşdə bu mövzu aktual olacaq. Eyni zamanda, son hadisələr fonunda Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın gələcəyi də müzakirə ediləcək və müəyyən razılaşmalar əldə olunacaq. Digər tərəfdən təkcə regionla bağlı yox, regiondankənar məsələlərin də masada olacağını düşünürəm. Məsələn, HƏMAS-ın İsrailə hücumu mövzusu aktual olacaq. Rusiya-Azərbaycan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR