"Azərbaycanla Ermənistan arasındakı anklav və eksklav problemi bu şəkildə həllini tapa bilər" - ŞƏRH

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla problemli məsələlərdən biri olan anklav və eksklavlar məsələsinə toxunub. O deyib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var.

 

“Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”, - o əlavə edib.

 

Aydındır ki, anklav və eksklavlar məsələsi Ermənistanla Azərbaycan arasında həllini gözləyən əsas məsələrdəndir. Tərəflər bu məsələdə fərqli fikirlərə malikdirlər. 

 

Rəsmi Bakı Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək, rayonunun Kərki kəndlərinin sülh prosesi çərçivəsində qaytarılmasını tələb edir.

 

Azərbaycan bu kəndləri Ermənistanın işğal prosesinin bir parçası sayır. 

 

Ermənistan tərəfi isə öz növbəsində yuxarıda qeyd edilən Tavuş rayonunun Ayqehovit(Uzuntala) Vazaşen(Lələkənd) Berkaber(Bibiş) Artsvaşen də (Başkənd) kəndlərini tələb edir. 

 

Bakı və İrəvan arasında anklav eksklav probleminin həlini tapmaması tərəflərin ortaq məxrəcə gələ bilməməsi öz növbəsində başda sərhədlərin delimitasya və demarkasiyası olmaqla digər məsələlərin də həllini gecikdirir. 

 

Beynəlxalq təcrübəyə görə, anklav eksklavlar məsələsi iki cür həll edilir:

 

1. Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavlardan imtina etməsi;

2. Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi.

 

Prinsip etibarilə həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi bir-birinin ərazi bütövlüyünü tanıdığını bilidirib. Yəni iki ölkə arasında əsas prinsipial məsələ həllini tapıb. İndiki məqamda bunun rəsmi sənəd kimi imzalanması lazımdır. Bu həm də tərəflər arasında ilkin sülh sazişi kimi qiymətləndirilə bilər. 

 

Əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirən sənədə qol çəksə, sərhədlərin delimitasiya və demarkasiya məsələsi, habelə bunun tərkib hissəsi olan anklav və eksklavlar məsələsi də həllini tapa bilər. 

 

Yəni 29 800 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar Ermənistana, 86 600 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar isə Azərbaycana qaytarıla bilər. 

 

Müəllif: Politoloq Turan Rzayev
 

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...