İsraildə 4 Azərbaycanəsilli şəxs həlak oldu - ADLAR

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak oldu - ADLAR
Kateqoriya məlum deyil
T

HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Vəfat edən azərbaycanlıların kimliyi məlumdur:

 

Şamil Abbasov - İsrail vətəndaşı;

Emin Axundov - İsrail vətəndaşı;

Roman Qandel - İsrail vətəndaşı;

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).

 

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

 

Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

 

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR