XİN: "İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub"

XİN: "İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub"
Kateqoriya məlum deyil
T

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

 

Bunu Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

 

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR