ABŞ İsrailə hava hücumundan müdafiə vasitələri göndərir: “Təyyarələr artıq havaya qalxıb\"
Bayden administrasiyası İsrail rəsmilərinin təcili yardım tələblərinə cavab olaraq sürətlə hava hücumundan müdafiə vasitələri və döyüş sursatları göndərir.
Sfera.az xəbər verir ki, bu barədə “Politico" nəşri Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ İsrailin hərbi texnika üçün gözlənilən sifarişlərinin çatdırılmasını sürətləndirməyə çalışır. Pentaqon bu addımları atmaq üçün mövcud səlahiyyətlərdən və vəsaitlərdən istifadə edir və hələlik Konqresdən əlavə yardım istəməyə ehtiyac duymur.
ABŞ-nin mövcud ehtiyatlarından istifadə, şübhəsiz ki, həm Pentaqona yeni müqavilələr imzalamaqda, həm də artıq Ukraynaya göndərilmiş bəzi döyüş sursatlarının istehsalını artırmaqda çətinlik çəkən müdafiə sənayesinə daha çox təzyiq göstərəcək.
Firuzə Əliyeva