\"Sülh sazişinin bu şəhərdə imzalanmasına ABŞ və Rusiya da etiraz etməz\" - AÇIQLAMA
“Gələcək sülh sazişinin imzalanması üçün Tiflis ən münasib məkandır”
Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin hansı ölkədə bağlanacağı haqqında danışarkən deyib:
“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır və bu haqda fikirlərini bir neçə dəfə bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan dövlət başçısı kimi tez-tez Gürcüstana səfər edir və qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır.Halbuki, hardan baxsaq Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz”.
Firuzə Əliyeva