Tərtərdə mina partladı - Ölən var
Kateqoriya məlum deyil
T
Bu gün Tərtər rayon sakini minaya düşüb.
DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, hadisə saat 17 radələrində rayonun Çaylı kəndi ərazisində baş verib. Tərtərin Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Araşdırma aparılır.





