BMT-dən Quranın yandırılmasına REAKSİYA: “Gələcək aylarda...”

BMT-dən Quranın yandırılmasına REAKSİYA: “Gələcək aylarda...”

“Qurana qarşı hörmətsizliyi, xüsusən də açıq-aşkar zorakılıq və düşmənçilik yaratmaq məqsədi daşıyan hərəkətləri qəti şəkildə rədd edirəm”. 

 

Sfera.az bildirir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk deyib.

 

O, BMT İnsan Haqları Şurasının iyul sessiyasında Qurana qarşı edilən hücumlarla bağlı fövqəladə xüsusi iclasın keçirildiyini xatırladıb:

 

“İclasdan sonra bəzi ölkələrdə Qurani-Kərimin ictimai yerlərdə yandırılması aksiyaları davam edir. Bir daha vurğulamaq istəyirəm ki, mən bu hörmətsiz və aqressiv xüsusən də açıq-aşkar zorakılığı və parçalanmanı qızışdırmaq məqsədi daşıyan hərəkətləri qəti şəkildə rədd edirəm. İnsan Haqları Şurasının 53/1 saylı qətnaməsi dünyada ibadət yerlərinə və dini simvollara qarşı hücumların artdığını qeyd edib və bu problemin həlli üçün təcili tədbirlər görülməsinə çağırıb. Biz gələcək aylarda perspektivli tövsiyələr hazırlamaq üçün geniş məsləhətləşmə prosesini asanlaşdıracağıq. Xüsusilə, təcrübə və anlayışa əsaslanan rəy və təkliflərinizi almağı səbirsizliklə gözləyirəm. Artıq bəzi dövlətlərdən cavablar almışıq”.

 

O, fikirlərini bu cür davam etdirib: “11 sentyabr terror aktlarından sonra İslamofobiyanın yeni versiyalarını görürük. Xüsusilə, Avropa, Asiya və Şimali Amerikada zərərli stereotiplər daha da dərinləşir. Müsəlmanlar çox vaxt şifahi təhqir, hədə-qorxu və ölümlə hədələmə və ya daha pisi fiziki zorakılığın ağır yükünü daşıyırlar. Dini nifrət və ayrı-seçkiliyin insan hüquqlarına təsiri açıqdır. Bu, ictimai tərəqqiyə mane olur və onu qütbləşdirir, insanların həyatına real təsir göstərir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...