“Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb” – Zatulindən ETİRAF

“Rusiya sülhməramlılarının Qarabağda sayılı günləri qalıb” – Zatulindən ETİRAF

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağda yerləşən sülhməramlılarla bağlı mövqeyini açıqlayıb. Zatulin Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi heç kimin qalmadığını söyləyib.


Sfera.az xəbər verir ki, Konstantin Zatulin bunu “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasına müsahibəsində deyib.


Onun fikrincə, Qarabağda qondarma respublikanın "keçmiş prezidentləri" olmuş Saakyan və Qukasyanı Azərbaycanın həbs etməsi Rusiyanın mövqelərinə zərbə vurub:

 

“Saakyan və Qukasyanın həbsi Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında həyata keçirilib. Məncə bu, təkcə Ermənistandakı xain hakimiyyətə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya - sülhməramlılığa çox ciddi qınaqdır. Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı kontingentimizin onları qoruya bildiyinə inanmaqdan vaz keçiblər. Aydın məsələdir ki, hər halda bizim kontingentin Qarabağdakı günləri saylıdır, çünki orada heç kim qalmasa, biz kimi qoruyacağıq?”

 


Vasif 
 


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...