İran “3+3” formatını niyə indi gündəmə gətirdi? - “Səmimi deyil”

İran “3+3” formatını niyə indi gündəmə gətirdi? - “Səmimi deyil”

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Onun sözlərinə görə, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, altılıq platformasının təşəbbüskarları Azərbaycan və Türkiyədir:

 

“Bütün hallarda iranlı nazirin açıqlaması ikibaşlıdır. Qafqazdakı problemlər artıq həll olunur, Azərbaycan bunu öz gücü hesabına edir və əlavə hansısa təşəbbüsə ehtiyac yoxdur. Onsuz da indiyədək üçüncü qüvvələrin səyləri, müxtəlif platformalar, demək olar, nəticəsiz qalıb. Rəsmi Bakı bütün hərbi və diplomatik uğurlara öz gücü, Ankaranın isə mənəvi dəstəyi ilə nail olub.  Tehran tədricən "ofsayt”da qalacağından, regional təsirinin azalacağından narahat ola bilər. Bu mənada cənub qonşumuzun altılıq platforması çərçivəsində regional proseslərə təsir etmək niyyətində olması istisna deyil”.

 

Müsahibimiz deyib ki, altılıq platforması yaranacaqsa, bu, ancaq regional sabitliyə, əməkdaşlığa xidmət etməlidir:

 

“Bunun üçün isə əvvəlcə Ermənistanla Azərbaycan, Gürcüstanla Rusiya arasında münasibətlər normallaşdırılmalıdır. Amma altılıq platforması yaxın gələcək üçün real görünmür. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Abdullahiyanın altılıq platformasını niyə yenidən gündəmə gətirməsi dəqiq deyil. İran ya, doğrudan da, reallıqları anlayır və buna uyğun mövqe ortaya qoyur, ya da yeni planlar axtarışındadır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...