Elçin Əmirbəyovdan sülh danışıqları ilə bağlı AÇIQLAMA

Elçin Əmirbəyovdan sülh danışıqları ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
T

“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

 

O, ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və institutun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən bildirib:

 

“Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir”.

 

Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.

 

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR