Bakı Qranada görüşünə getmir: Brüsselə isə... 

Bakı Qranada görüşünə getmir: Brüsselə isə... 

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

 

Azərbaycanın görüşdə imtina etmə səbəbləri diqqət çəkir:

 

Birincisi, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi. Lakin buna imkan verilməyib. Bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. 

 

Təəssüf ki, Fransa və Almaniyanın mövqeyi bu məsələdə eynilik təşkil edir. Hər iki ölkə Ankaranı formata daxil etmək istəmir. Lakin müzakirə ediləcək məsələnin Ermənistanla Azərbaycan arasında sülh gündəliyi olduğunu nəzərə alsaq rəsmi Bakının görüşdə Ankaranın iştirak etməsini istəməsi təbiidir. 

 

Azərbaycan bu addım ilə bir daha diktə edilən deyil, diktə edən tərəf olduğunu nümayiş etdirmiş oldu. Bundan başqa Ankaranın tərəf kimi qəbul edilmədiyi bir platformada Bakının da iştirak etməsi mümkün deyil.

 

İkincisi, Azərbaycana təklif olunan beşli formatda(Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Xüsusilə Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri və sonrasında erməni əhalinin kütləvi şəkildə öz istəyi ilə ərazini tərk etməsi fonunda bu ab-hava daha da artıb. 

 

Aydın məsələdir ki, anti-Azərbaycan ab-havasının formalaşmasında erməni lobbisi və diasporasının aktivliyi, habelə başladılan kampaniyaların təsiri var. Yəni əslində bu gözlənilən bir nəticə idi. 

 

Lakin bütün hallarda Qərbin sərgilədiyi mövqe qərəzli və doğru deyil. Hər şeydən öncə ona görə ki, Azərbaycan qanunsuz heç bir hərəkətə və ya məqsədyönlü şəkildə etnik təmizləməyə yol verməyib. Qarabağ ermənilərinə ərazini tərk etməmələri, qalıb Azərbaycan vətəndaşı olmaları yönündə təklif verilib. Onların Qarabağı tərk etməsi tamamilə subyektiv seçimdir. 

 

Diqqətçəkən digər bir detal isə rəsmi Bakının Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, görüşdə iştirak edə biləcəyini bildirməsidir. Yəni Ermənistan-Azərbaycan sülh prosesi Brüssel formatında müzakirə edilə bilər. Rəsmi Bakının buna etirazı yoxdur. Lakin Fransa Brüssel formatına müdaxilə etmək istəyərsə Azərbaycan bu formatdan, iştirakdan imtina edə bilər. Necə ki, bir müddət etdi.

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Yubilyarın profili: Qüdrət Həsənquliyev-60!

Tarixin sətirləri arasında gizlənən həqiqətləri tapmaq, o gerçəkliklərin yaranmasında və yayılmasında rol oynamış şəxsiyyətlərin profilini çizmək asan olmadığı ...

Bakıda bağırsaq yuyulmasından vəfat edən Ceyhunun anası DANIŞDI

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.   ...

Yaşayış binasındakı yanğında xəsarət alanların SON DURUMU

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmər...

Sürücülərə ŞAD XƏBƏR: yeni yollar çəkiləcək, tıxaclar azalacaq

"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğr...

Cənubi Koreyanın hava limanında təyyarə yandı: 170-dən çox insan təxliyə edildi

Cənubi Koreyanın Gimhae beynəlxalq hava limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsində yanğın baş verib. Bu barədə Yonhap xəbər agentliyi məlum...

Bu gün Azərbaycanda seçkilərdir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.   Sfera.az xəbər verir ki, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.   ...