“Biz və bizim dağlar”ı sökmək əvəzinə reinteqrasiya prosesinin simvoluna çevirə bilərik" - ŞƏRH

“Biz və bizim dağlar”ı sökmək əvəzinə reinteqrasiya prosesinin simvoluna çevirə bilərik

Erməni heykəltaraş Sarkis Baqdasaryanın müəllifi olduğu “Biz və bizim dağlar” adlı abidə bir çox azərbaycanlı üçün həm estetik baxımdan çirkin hesab edilir, həm də separatizmin simvolu sayılır. 

 

Ordumuzun Qarabağda keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra Xankəndi və ətraf ərazilər, içərisindəki bütün obyektlər kimi “Biz və bizim dağlar” da nəzarətimizə keçib. Son günlər sosial şəbəkələrdə həmin abidənin sökülməsi ilə bağlı çağırışlar edilir. 

 

Əlbəttə ki, bu abidə estetika və mahiyyət prizmasından xoş olmaya bilər, lakin sökülməsi doğru qərar olmazdı. Abidəni sökmək, tarixi saxtalaşdırmaq, mədəni soyqırım etmək Azərbaycan xalqının genefondunda olmayan davranışdır. 

 

Digər tərəfdən, axı niyə öz pulumuzla tikilən, əslində, bizə aid olan abidəni sökməliyik?

 

Bəli, çoxu bilməsə də, “Biz və bizim dağlar” 1967-ci ildə Azərbaycan SSRİ-nin hesabına Əsgəran rayonunda, Xankəndiyə girişdə tikilib. Yəni istəsək də, istəməsək də bu abidə mədəniyyətimizin bir parçasıdır. 

 

Yazının əvvəlində qeyd etdim ki, bir çox azərbaycanlı üçün “Biz və bizim dağlar” abidəsi erməni separatizminin simvoludur. Əslində, ermənilər üçün də belədir. Xankəndiyə girişdə tikilən abidənin üzü Ermənistana baxır. Bir növ, bu, Qarabağın Ermənistana üz tutmasının, ona “birləşmək istəməsinin” təsviridir.

 

Fikrimcə, “Biz və bizim dağlar”ı sökmək yerinə reinteqrasiya prosesinin simvoluna çevirsək, daha doğru addım atmış olarıq. 

 

Təklif edirəm, Xankəndiyə girişdə tikilən bu abidənin üzünü Bakıya baxacaq şəkildə dəyişək. 

 

Ermənilər əsrlərlə mədəniyyət abidələrimizi məhv edərək tarixi saxtalaşdırıblar. Biz isə Xankəndidəki bu abidənin tarixini yox, istiqamətini dəyişmiş olacağıq.

 

Qarabağda hər şey Azərbaycana üz tutmalıdır. Üzləri olmayanlardan başqa...

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...