Xankəndidə axtarış-xilasetmə əməliyyatı sona çatıb, 48 nəfərin meyiti təhvil verilib - VİDEO

Xankəndidə axtarış-xilasetmə əməliyyatı sona çatıb, 48 nəfərin meyiti təhvil verilib - VİDEO
Kateqoriya məlum deyil
T

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR