“Artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çatıb” - Politoloq

“Artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çatıb” - Politoloq

“İranla münasibətlərimizdə yaşanmış gərginlik həm Azərbaycan xalqının maraqları, həm də İran xalqının gözləntiləri kontekstində anormal bir hal idi. İstisna etmirəm ki, prosesdə üçüncü qüvvələrin də özünəməxsus rolu oldu”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Ekspert münasibətlərdəki gərginliyin müxtəlif sferalarda problem yaratdığını qeyd edib:

 

“İran, belə deyək, öz göstəricilərinə və imkanlarına görə iriçəkili dünya oyunçusudur və həmişə də bildirir ki, onun əsas məqsədi qonşuluq siyasətində böyük nailiyyətlər əldə etməkdədir. Belədirsə, bəs, niyə bu niyyət Azərbaycanla bağlı özünü doğrultmadı? Bu öz yerində. Ancaq hər halda mən elə düşünürəm ki, yalnız bizim xalqlarımızı, bizim millətimizi sıx birləşdirən çox vacib motivlər var. Bu dindən, dildən, ənənələrdən keçmişimizdən, tariximizdən irəli gələn irsdir və onu əlbəttə ki, şübhə altına qoymaq olmaz. Bunun üzərində yeni potensialı qurmaq lazımdır. Bu baxımdan mən Azərbaycan prosesə tam hazırdır. Gərək, İran tərəfi də öz hazırlığını tək sözlərlə yox, həm də hərəkətlərlə nümayiş etdirsin. Əminəm ki, artıq qarşıdurma səhifəsini çevirmək vaxtı çoxdan çatıb. Digər tərəfdən, bilirsiniz ki, bu yaxınlarda da müxtəlif səviyyələrdə təmaslar oldu. Xarici işlər nazirlərinin görüşü, telefon danışıqları, sonra İranın hərbi nümayəndə heyətinin Bakıya gəlməsi ona işarə edir ki, yavaş-yavaş buzlar əriyir. Bizim münasibətlərimizdə olan gərginlik ilk növbədə sosial, iqtisadi zəmində, humanitar səviyyədə olan münasibətlərimizin dinamikasını pozur, sonra bizə itkilər gətirir”.

 

Politoloq yaxın zamanlarda ikitərəfli dialoqların qurulacağını və bunun müsbət nəticələr verəcəyini sözlərinə əlavə edib:

 

“Hesab edirəm ki, ən yaxın zamanlarda əvvəllər mövcud olmuş utancverici və cansıxıcı proseslərdən də uzaqlaşacağıq. Ümid edirəm ki, baş verənlər ancaq tarixdə qalacaq və gələcəkdə belə insidentlər təkrarlanmayacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu tətbiq, cari ili yarım milyard dollar gəlirlə bağlayıb

Məşhur Telegram tətbiqi cari ildə təsirli maliyyə nəticəsi əldə edib.    Sfera.az xəbər verir ki, tətbiq, ilk dəfə olaraq ili qeydə alınmış gəli...

"Məşədi Dadaş”ın imamını öldürmək istəyənə - Ağır cəza verildi

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova qarşı sui-qəsd niyyətini reallaşdıra bilməyib məscidin xidmətçisini bıçaqlamaqda ittiham olunan Elşən ...

Qadın keçmiş ərini və ailəsini öldürmək üçün yarım milyona qatil tutdu

Zaporojyedə hüquq-mühafizə orqanları keçmiş ərini və onun ailəsini qətlə yetirməyi sifariş edən qadını saxlayıb. Bu barədə Zaporojye vilayəti polisinin mətbuat ...

Dua Lipa "Harri Potter"in ulduzları ilə ziyafət vermək qərarına gəlib

Müğənni Dua Lipa dünya turnesini Harri Potterin ulduzları ilə əyləncə gecəsi ilə başa vurmaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə "The Dai...

Türkiyədə minimum əmək haqqı 1065 manat oldu

Türkiyədə minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın 4-cü toplantısı keçirilib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ...

Dağın başında meymunla dava edən kişi sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Çindəki Zhangjiajie Milli Meşə Parkı təkcə heyrətamiz dağları ilə deyil, həm də oğru meymunları ilə məşhurdur. Lakin turistlərdən biri tüklü quldurla mübarizə a...