Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün...

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün...

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner” PMC-nin keçmiş komandiri Andrey Troşevlə görüşüb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar könüllü birləşmələrin, o cümlədən Ukrayna cəbhəsində vuruşmaq üçün birləşmələrin formalaşdırılmasını müzakirə ediblər. Görüş bir gün əvvəl baş tutub, lakin Kremlin mətbuat xidməti bu barədə yalnız bu gün səhər məlumat yayıb. Kremlin açıqlamasından aydın olur ki, Rusiya yenidən vaqnerçilərə müraciət edərək muzdlu döyüşçülərdən ibarət qruplar yaratmaqla Ukraynada müharibəni davam etdirmək istəyir. Putin görüşdə təcrübəli və hazırlıqlı döyüşçülərin müharibədə böyük rol oynadığını vurğulayıb.

 

Prezident “Vaqner”in keçmiş komandirinə xitabən deyib:

 

“Son görüşdə biz müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələr yaratmağınızdan danışdıq. İlk növbədə, təbii ki, xüsusi hərbi əməliyyat zonasında (Ukrayna cəbhəsi nəzərdə tutulur – red.). Siz özünüz bir ildən çox belə bir hissədə vuruşmusunuz və bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüş işlərinin ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələlərdən xəbəriniz var”.

 

Putin Andrey Troşevi əmin edib ki, xüsusi əməliyyat veteranlarına və onların ailələrinə kömək edən “Vətən Müdafiəçiləri Fondu” hərbi əməliyyatların bütün iştirakçılarına sosial dəstək verəcək. Andrey Troşev təqaüddə olan polkovnik, "Sedoy" çağırış nişanlı “Vaqner” PMC-nin keçmiş qərargah rəisidir. O, Yevgeni Priqojinin 23-24 iyunda baş vermiş silahlı üsyanını dəstəkləməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov izah edib ki, Vladimir Putinin görüşdüyü Andrey Troşev hazırda Müdafiə Nazirliyində işləyir. Andrey Troşev həm də “Vaqner” veteranlarına dəstək verən "Yerli Müharibələr və Hərbi Münaqişələr Veteranlarının Maraqlarının Müdafiəsi Liqası"nın sədri idi. İğtişaşdan sonra Vladimir Putin bildirib ki, iyunun 29-da “Vaqner” PMC-nin 35 komandiri ilə (buraya Yevgeni Priqojin də daxildir) 3 saatlıq görüş keçirib. Andrey Troşevin rəhbərliyi altında Vladimir Putin “Vaqner” PMC-nin əsgərlərinə xidmətini davam etdirməyi təklif etdi. Prezidentin sözlərinə görə, “Vaqner” döyüşçüləri son 16 ay ərzində onun komandanlığı altında xidmət ediblər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qadın keçmiş ərini və ailəsini öldürmək üçün yarım milyona qatil tutdu

Zaporojyedə hüquq-mühafizə orqanları keçmiş ərini və onun ailəsini qətlə yetirməyi sifariş edən qadını saxlayıb. Bu barədə Zaporojye vilayəti polisinin mətbuat ...

Dua Lipa "Harri Potter"in ulduzları ilə ziyafət vermək qərarına gəlib

Müğənni Dua Lipa dünya turnesini Harri Potterin ulduzları ilə əyləncə gecəsi ilə başa vurmaq qərarına gəlib. Sfera.az xəbər verir ki, bu barədə "The Dai...

Türkiyədə minimum əmək haqqı 1065 manat oldu

Türkiyədə minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın 4-cü toplantısı keçirilib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ...

Dağın başında meymunla dava edən kişi sosial şəbəkələrdə gündəm oldu - VİDEO

Çindəki Zhangjiajie Milli Meşə Parkı təkcə heyrətamiz dağları ilə deyil, həm də oğru meymunları ilə məşhurdur. Lakin turistlərdən biri tüklü quldurla mübarizə a...

Məşhur reperlərə qarşı yeni ittihamlar səsləndirilib

P.Diddi ilə bağlı səs-küylü qalmaqalda təəccüblü dönüş baş verib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, digər məşhur reper Cey Ziyə qarşı da cidd...

Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi

Parisdə Eyfel qülləsində yanğın olub, turistlər evakuasiya edilib.   Sfera.az bildirir ki, xilasedicilər Parisin simvoluna çatıb və yanğını söndürməyə ...