Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək

Ermənistan müxalifəti İrəvanda mitinq keçirəcək
Kateqoriya məlum deyil
T

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən Ermənistan müxalifəti sentyabrın 30-da İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i aksiyaları əlaqələndirən milli komitəyə istinadən məlumat yayıb.

 

“Sentyabrın 30-da Milli Komitə Respublika Meydanında mitinq keçirəcək”, - məlumatda bildirilib.

 

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanın mərkəzində tez-tez etiraz aksiyaları təşkil olunur. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Vaxtaşırı etirazçılarla polis arasında toqquşmalar da baş verir. Son günlər polis onların kütləvi həbslərinə başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR