Lavrov Paşinyanı HƏDƏLƏDİ: \"Yaxın tarixə baxsın!\"
Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərindən danışıb.
Sfera.az bildirir ki, o, “TASS”a müsahibəsində “Ermənistan Rusiyanı itirəcəkmi?” sualına cavab verib.
Lavrov qeyd edib ki, Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyənlər çoxdur.
“Tarixi, coğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil. Amma İrəvandakı bəzi liderlər belə ümid bəsləyirlər və bu barədə birbaşa danışırlar. Oxşar fikir Ermənistanın Baş nazir Nikol Paşinyanın son çıxışında da qeyd olunub”.
Lavrov bildirib ki, əgər Ermənistan ABŞ-yə arxalanırsa, onlar müasir tarixə baxmalıdır:
“Onlar ABŞ-nin öz qanadı altına almaq istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salsalar, yaxşı olardı. Bu insanların taleyi qibtə olunası deyil”.
Günay Rəsulqızı