"Rusiya aldadılıb!" - Lavrov bu ölkələri İTTİHAM ETDİ

"Minsk razılaşmalarını Rusiya ilə birlikdə hazırlayan Fransa və Almaniya Moskvanı aldatdıqları və razılaşmaları yerinə yetirmək niyyətində olmadıqları üçün Ukraynanın ərazi bütövlüyünü pozublar".

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Ötən il Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş Prezidenti Fransua Olland Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək cəhdi” olduğunu bildiriblər".

 

Lavrov hesab edir ki, bu, Rusiya Federasiyasına qarşı Ukrayna rejiminin hərbi arsenalını yeniləmək məqsədilə edilib:

 

“Əgər onlar Minsk razılaşmalarına əməl etsəydilər, Ukraynanın ərazi bütövlüyü təmin edilmiş olardı”

 

Nazir bildirib ki, ölkənin ərazi bütövlüyünün qorunması sazişlərin mahiyyətini təşkil edir.

 

Lavrov bundan əvvəl BMT-də keçirdiyi mətbuat konfransında demişdi ki, Rusiya SSRİ-dən ayrılarkən qəbul etdiyi müstəqillik bəyannaməsi əsasında Ukraynanın suverenliyini tanıyıb. Bu, digər şeylərlə yanaşı, bloklara qoşulmayan ölkə olmaq və milli azlıqların hüquqlarına hörmət etmək öhdəliyini ehtiva edir.

 

“Biz bu bəyanatla bu şərtlər daxilində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”, - nazir bildirib.    

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...