"İlk gündən bilirdim ki, sonum..." - Vardanyanın AÇIQLAMASI

Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın bir həftə əvvəlki müsahibəsi gündəm olub.

 

Sfera.az bildirir ki, Vardanyan Qarabağda antiterror əməliyyatı başlayanda “The Guardian”a danışıb.

 

Vardanyan Azərbaycan qüvvələrinin hədəfi olacağını bildiyini deyib.

 

"Həyatdır. Vətən üçün ölməyə hazırsansa, bu, yaxşıdır. Vacib bir iş görürsənsə, buna hazır olmalısan. Yəni hekayənin sonu çox pis ola bilər. Mən isə ilk gündən buna hazır idim, bunu bilirdim”, - R.Vardanyan əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Bu gün isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır

Müğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...

İlham Əliyev beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi - RƏY

III Şuşa Qlobal Media Forumu söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.   Sfera.az xəbər verir ki, bunu Report”a ...

İranda güclü zəlzələ olub

Bu gecə İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytın...

Prezidentin cavablandırdığı suallar- Tam mətn+FOTOLAR

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığ...