"ABŞ də bizdən silah alır” - Mədət Quliyev

Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

 

O bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində yeni holdinq yaradılır: “Biz başqa formada işlər aparırıq. Ümumilikdə, Azərbaycanda 2 mindən artıq müdafiə təyinatlı məmulatlar istehsal edilir”.

 

Nazirin sözlərinə görə, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların alınması üçün müraciətlərin sayı artmaqdadır. Belə ki, Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycanın istehsal etdiyi hərbi məhsullara tələbat həddən çox artıb.

 

Mədət Quliyev əlavə edib ki, 30-a yaxın dövlət silah-sursat almaq üçün müraciət edib: “Müraciətlərə baxılıb, hazırda müraciətlərin sayı artır. Qeyd etməliyəm ki, ABŞ də bizdən silah alır”.

 

Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...