“Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” - Hikmət Hacıyev

10:57 / 27.09.2023
2658
“Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Deutsche Welle”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağdan getmək erməni sakinlərin şəxsi və individual qərarıdır: “Azərbaycan öz şəxsi və azad seçimləri əsasında Ermənistana getməyə qərar verən Qarabağın dinc erməni sakinləri üçün təhlükəsiz dəhlizlər təmin edib. Bu, onların azad seçimidir”.