Döyüşən hər əsgər Qəhrəmandır! - MN-dən videoçarx

10:05 / 27.09.2023
2613
Azərbaycan Müdafiə Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı videoçarx yayımlayıb.
Sfera.az xəbər verir ki, "Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır!" adlı videoçarxda 44 günlük Vətən müharibəsi döyüşlərini əks etdirən görüntülər yer alıb.
Videoçarxda Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri ilə bağlı kadrlar da əks olunub.