Əli Əsədov TDT-nin kənd təsərrüfatı nazirləri ilə görüşdü

Əli Əsədov TDT-nin kənd təsərrüfatı nazirləri ilə görüşdü

Bu gün baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqro Biznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının və 2-ci Türk Aqro Biznes Forumunun əhəmiyyətini vurğulayıb, bu tədbirlərin türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Bildirilib ki, türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunub, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranıb.

 

Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edilməsi istiqamətində yaşıl enerji, rəqəmsallaşma və innovativ həllərin tətbiqi barədə söhbət açılıb.

 

Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirildi, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verildi.

 

Görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, həmçinin, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...