Səməd Seyidov baş katibi tənqid etdi

Səməd Seyidov baş katibi tənqid etdi

"İnsan hüquqları məsələləri üzrə İşçi Qrupu birbaşa ölkə prezidentinin təşəbbüsü ilə yaradılıb. Biz bu qrupda düzgün, obyektiv və heç kimi təsiri altında olmadan qərarlar qəbul etmək iqtidarındayıq".

Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu sözügedən İşçi Qrupunun növbəsi iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dilə gətirib.

Onun sözlərinə görə, həmsədri olduğu İşçi Qrupunun növbəti iclasından sonrakı dövrdə gözlənilmədən Avropa Şurasının baş katibi Yaqland öz nümayəndəsini buradan geri çəkdi.

S.Seyidov deyib ki, onun bu addımı çox qəribə, başadüşülməz və qəbuledilməzdir.

"Əgər sən öz nümayəndəni geri çəkirsənsə, niyə indi onu Azərbaycana insan haqları ilə bağlı araşdırıcı kimi göndərirsən və ya onu göndərəcəkdinsə, niyə geri çəkirdin?

Əslində isə onun nümayəndəsinin bu Qrupda olub-olmaması bizim üçün əhəmiyyətli deyil. Biz sadəcə, öz xoş məramımızı göstərmişik ki, İşçi Qrupunun qapısı hər kəsin, bütün beynəlxalq təşkilatların üzünə açıqdır.

İşçi Qrupu eyni zamanda, heç bir beynəlxalq təşkilat üçün fəaliyyət göstərmir, öz işini təşkil etmir. Biz öz daxilimizdə yüksək səviyyəli dialoq mühitini təmin edərək özümüz öz problemlərimizi müzakirə edir və onların həlli üçün dövlət orqanlarına müəyyən tövsiyələrimizi veririk.

Mən buradan bir daha bütün beynəlxalq təşkilatlara səslənirəm ki, İşçi Qrupu bundan sonra da fəaliyyətini davam etdirəcək.

Çünki demokratiya, insan hüquqları bizim üçün əsas prioritetlərdəndir. İnsan hüquqlarını alətə, dövlətlərə qarşı təzyiq vasitəsinə çevirmək olmaz".

Deputat Azay Quliyev çıxışında Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın öz nümayəndəsini İşçi Qrupundan geri çəkməsinə çox üzüldüyünü ifadə edib.

O bildirib ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla işbirliyində, əməkdaşlıqda maraqlıdır:

“Biz hər zaman da əməli şəkildə bu niyyətlərimizi ortaya qoymuşuq. Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların da bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidi olmuşuq. Biz bu İşçi Qrupunu da öz daxili ehtiyaclarımız üçün yaratmışıq, kiminsə istəyi və təzyiqi ilə yox. Biz bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələrdə də qeyri-hökumət təşkilatları, bütövlükdə vətəndaş cəmiyyəti ilə təmasda dialoqdayıq.

Bunun bizim işimizə, problemlərimizin həllinə çox böyük və müsbət təsiri var"


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...