Ermənilərlə birgəyaşayış hansı şərtlər daxilində mümkündür? – Deputatdan AÇIQLAMA

Ermənilərlə birgəyaşayış hansı şərtlər daxilində mümkündür? – Deputatdan AÇIQLAMA

Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb.

 

Maraqlıdır, illərdir ki, düşmənçilik şəraitində olmuş iki xalqın Qarabağda sülh şəraitində yaşaması real görünürmü? Tərəflər arasında sabitliyin pozulmaması nədən asılıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Naqif Həmzəyev böyük güclərin müdaxilə etməyəcəyi təqdirdə iki xalq arasında qonşuluq münasibətlərinin normal qaydada inkişaf edə biləcəyini deyib. Parlamentari bildirib ki, iki əsrə yaxın davam edən düşmənçilik ideologiyasının sonu çata bilər:

 

“Azərbaycan tərəfi lokal hərbi antiterror tədbirlərindən sonra demək olar ki, bütün ərazilər üzrə təmizləmə və təhlükələrin tamamilə aradan qaldırılması işlərini həyata keçirir. Buna paralel olaraq, erməni silahlılarının tərksilah olunmaları, təslim olmaları imkan yaratdı ki, Yevlax şəhərində erməni vətəndaşların nümayəndələri ilə Azərbaycan tərəfinin görüşü baş tutsun və bu görüşdə də ilk növbədə erməni sakinlərinin nümayəndələrinə Azərbaycan tərəfinin inteqrasiya proqramı təqdim edilsin. Onlar da yardımla əlaqədar Azərbaycan tərəfindən kömək istədilər. Azərbaycan səhərisi günü ərzaq, və gündəlik ehtiyacların qarşılanması üçün tibbi yardım maşınlarını yola saldı və bu yardımlar rus sülhməramlıları tərəfindən vətəndaşlara paylandı. Buna paralel olaraq bütün işğaldan azad olunmuş ərazilərdə mülki vətəndaşlara tibbi yardımların göstərilməsi, onların hər hansı bir problemlərinin aradan qaldırılması həyata keçirilir və onların təhlükəsizliyi rus sülhməramlıları ilə birlikdə təmin edilməkdədir. Bu da imkan verir ki, Ermənistan tərəfi həqiqətən də Azərbaycanın onlara qarşı xoş münasibət bəslədiklərini görsün, anlasın. Azərbaycan tərəfi birgəyaşayış üçün mümkün vasitələri işə salıb, bunun üçün əlindən nə gəlirsə edir və artıq cənab Prezidentin göstərişi ilə həmin ərazilərin bərpası, həmin ərazilərdə xüsusi işlərin görülməsi ilə əlaqədar komissiya formalaşdırılıb.

 

Bu, əslində çox həssas və ağır bir prosesdir, çünki ilk növbədə iki əsrə yaxın müddət ərzində erməniləri azərbaycanlılara, türklərə qarşı düşmən ruhunda yetişdiriblər. Onlarda yalnış bu ideologiya əsasında təlim, tərbiyə işləri həyata keçirilib. Ancaq əslində vaxtilə ermənilər və azərbaycanlılar, yəni erməni və türk xalqı birlikdə rahatlıqla yaşayıb, heç bir problem olmayıb. Böyük güclər Cənubi Qafqaz, Yaxın və Orta Şərqdə öz siyasətlərini, öz maraqlarını reallaşdırmaq üçün ermənilərdən istifadə etməyə başladıqdan sonra vəziyyət dəyişib. Bu gün isə bölgədə yeni reallıqlar yaranıb. Həm Azərbaycan, həm Türkiyə regionun aparıcı dövlətlərindən biridir və bu baxımdan da artıq ermənilər hansısa böyük güclərin planlarını gerçəkləşdirməkdən əl çəkməlidirlər. İlk növbədə özlərini, öz talelərini, öz gələcəklərini fikirləşməlidirlər. Belə olacağı təqdirdə anlayacaqlar ki, Azərbaycan və Türkiyə ilə dostluq və qonşuluq münasibətləri yaratmaq onlar üçün daha yaxşıdır. Bir sözlə, hazırda Azərbaycan ərazisində reinteqrasiya prosesinin icra edilməsi üçün Azərbaycan öz öhdəliklərini yerinə yetirir. Ancaq bu məsələlərdə ən əsas yük, əsas məsuliyyət erməni vətəndaşların üzərinə düşür. Çünki onlar əgər bu proseslərdə səmimi olmasalar, Azərbaycan tərəfinə söz verib bu sözü tutmasalar, hansısa təxribatlara əl atsalar, nəticə etibarilə proses daha da uzanacaq”.

 

Millət vəkili Qarabağdakı erməni əhalisinin bundan sonra üzərinə böyük yük düşdüyünü qeyd edib:

 

“Əvvəllər olduğu kimi, bu gün də onlar Azərbaycan qanunlarını öyrənməlidirlər, Azərbaycan qanunlarına tabe olmalıdırlar və Azərbaycan qanunları çərçivəsində öz həyatlarını davam etdirməlidirlər. Azərbaycan Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirdi. Bu gün orada quruculuq, abadlıq, yenidənqurma işləri həyata keçirilir, məşğulluq problemləri aradan qaldırılır, keçmiş məcburi köçkünlər öz  yurdlarına qaytarılır, bu şəkildə Xankəndi və onun ətrafındakı ərazilərdə də eyni proseslər həyata keçiriləcəkdir. Azərbaycan dövləti tərəfindən formalaşdırılmış xüsusi fəaliyyət proqramı reallaşdıracaq. Erməni tərəfi səmimi olmalıdır, öz öhdəliklərini yerinə yetirməlidir. Separatçıların xəstə revanşist fikirlərindən uzaq durmalıdırlar və Azərbaycanla xoş qonşuluq münasibətləri qurmalıdırlar. Çünki yaxın gələcəkdə azərbaycanlı vətəndaşlar da bu əraziyə köçürüləcək. Onlar da əvvəlki kimi öz dədə yurdlarında, Xankəndində, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə - bütün bu ərazilərdə yerləşən kəndlərdə öz həyatlarını davam etdirəcəklər.

 

Yalnız yardımları qəbul etmək, azərbaycanlılardan nələrisə istəmək, hansısa daha yaxşı həyatı arzulamaqla iş bitmir. Onlar da anlamalıdırlar ki, bu gündən sonra onların yeganə nicat yolu Azərbaycan dövlətindən möhkəm yapışmaq, azərbaycanlılarla birgə yaşayışa cəhd etməkdir və bu prosesə onlar da öz töhfələrini verməlidirlər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...